Neft ucuzlaşan Dollar ilə bahalaşır
Dünən Brent neftin barelinin qiyməti 45,68 dollardan günə başlamış və gün ərzində ən yüksək 46,19 dolları görmüşdü. “Marja” xəbər verir ki, bu səhər günə 45,85 dollardan başlayan Brent nefti saat 12.20-dək 0,9 faiz artaraq 46,26 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) növü xam neftinin barreli isə 43,57 dollardan alıcı tapıb.
Dünən və bu gün neftin bahalaşması Dolların ucuzlaşması ilə bağlıdır. Adətən dollar ucuzlaşan zaman ABŞ valyutası ilə ticarət olunan əmtələrin qiymətləri qalxır.
Avro Dollar qarşısında 0,5% dəyərdən düşüb. Avro/Dollar məzənnəsi 1.1240 səviyyəsini görüb.
Analitiklər Liviyanın xam neft istehsalının son 4 ilin zirvəsinə çıxdığına diqqəti çəkərək, hasilatın artmağa davam etdiyinə və bunun qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaratdığına diqqəti çəkirlər.
Həmçinin ən böyük neft istehlakçıları olan ABŞ, Çin və Hindistanda qısa və orta müddətdə tələb artımı gözlənməməsi də neft qiymətlərini təzyiq altında saxlayır.
Neft bazarı bu gün ABŞ-da açıqlanacaq həftəlik neftbaza məlumatlarını gözləyir.
Mütəxəssislər, Brent neftdə texniki olaraq 46,04 ilə 46,12 dollar aralığının müqavimət bölgəsi, 46,20 ilə 46,28 dollar aralığının isə dəstək səviyyəsi olaraq izlənəcəyini bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
12 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







