"Hər bir pis xəbər neft qiymətlərinin düşməsinə səbəb olacaq"
Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının artdığı barədə məlumatın açıqlanmasından sonra yenidən düşüb.
Neft sektorunun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft ehtiyatları ötən həftə 851,000 barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə, ehtiyatların Martın sonunda çatdığı rekord səviyyədən başladığı azalmanı davam etdirdiyini göstərməsi gözlənilir.
Neft artan qlobal hasilat ilə bağlı olaraq ötən həftə ayı bazarına girib. Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları, beş ilin orta göstəricisindən 100 milyon barrel çoxdur və yüksək səviyyələrdə qalmaqda davam edir.
Analitik Devid Lennoks, "Bazardakı "ralli" çox kövrək olacaq və hər hansı bir pis xəbər qiymətlərdə azalmaya səbəb olacaq. İnvestorlar təklif çoxluğu vəziyyətinin fərqindədirlər və bunun aradan qalxması üçün tələbdə artım görməyimiz lazımdır" deyə bildirib.
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas Nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 44.06 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 46.25 dollardan alıcı tapıb. Neft qiymətləri təxminən 0,2% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
14 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







