ABŞ-da neft istehsalı kəskin düşdü, qiymətlər qalxdı
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 0,1 milyon barel yüksəlib.
"Marja"xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 0,1 milyon barel artımla 509,2 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,6 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 2,5 milyon barrel azalma qeyd etmişdi.
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 1,4 milyon barrel (0,2 faiz) azalaraq 682,4 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 0,9 milyon barel (0,4 faiz) azalaraq 241 milyon barelə düşüb. Bazar 0,6 milyon barrel azalma olacağını gözləyirdi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barel azalmışdı.
Xam neft istehsalı kəskin düşdü
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 140 min barel artımla 8,02 milyon barelə, xam neft ixracı da gündəlik orta hesabla 11 min barel artımla 528 min barelə yüksəlib.
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə, gündəlik orta hesabla 100 min barellik kəskin azalma ilə 9,25 milyon barrelə enib.
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN
Ölkənin xam neft hasilatındakı azalmanın ardından qlobal bazarda neftin qiymətlərində artım görülüb.
EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti 44,78 dollara, Brent neftinin barrel qiyməti də 47,52 dollara yüksəlib. Qiymətlər təxminən 1,5% qalxıb.
Mütəxəssislər, keçən həftə Brent neftinin qiymətinin son 7 ayın ən aşağı səviyyəsinə, Qərbi Texas neftinin qiymətinin də son 10 ayın ən aşağı səviyyəsinə düşdüyünə işarə edərək, ABŞ-ın xam neft istehsalının bundan mənfi təsir gördüyünü vurğulayırlar. Qiymətlər aşağı düşdüyündən hasilat bir sıra ABŞ şirkətlərinə sərf etmir. Bu səbəbdən isthsal azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























