Azərbaycanın iri filiz yatağının ehtiyatları daha çoxdur - 113 milyon ton təsdiqləndi
“Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda mis, sink, qızıl, gümüş və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur.“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ən irihəcmli layihələrindən biri olan “Filizçay” polimetal yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı artırılıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yatağın Cəmiyyət tərəfindən istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu "Petrolab" şirkətinin laboratoriyasında tədqiq edilib. Yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ümumi dərinliyi 19 595 metr olan 67 ədəd quyu qazılaraq nəticələri ətraflı təhlil edilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20%, 2018-ci ildə “SRK Consulting” şirkətinin ABŞ nümayəndəliyi tərəfindən aparılmış audit hesablamaların nəticələri ilə müqayisədə isə filiz resurslarında 88% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib. Hazırda yatağın filizlərinin optimal zənginləşdirilmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatlar aparılır.
Məlumat üçün qeyd edilib ki, 1959-cu ildə kəşf edilmiş “Filizçay” Balakən rayonunun inzibati ərazisində yerləşir və regionun ən böyük polimetal yatağıdır. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda mis, sink, qızıl, gümüş və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. Yerin təkində mövcud olan metalların ilkin ehtimal edilən həcmi təqribən 3 milyon unsiya qızıl ekvivalentində dəyərləndirilir. Qeyd edilən metal həcminin çıxarılabilən və iqtisadi cəhətən səmərəli hissəsinin müəyyən edilməsi istiqamətində müvafiq tədqiqatlar davam etdirilir.
Xatırladaq ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələninin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, təhlil və tədqiqatların nəticələri gözləntiləri qarşılayacağı və iqtisadi cəhətədən səmərəliliyi təsdiqlənəcəyi təqdirdə, layihə üzrə işlərin paralel və optimal icrası nəticəsində istismar işlərinə planlaşdırılan müddətdən daha tez başlanılması ehtimal olunur. Belə ki, yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verilməsi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınması planlaşdırılır.
"Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi hədəf olaraq müəyyən edilib. Bundan əlavə, yatağın istismara verilməsi 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
5 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
5 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 6 saat əvvəl
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















