33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilib
Sentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanmışdır.
2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirilib.
Həmçinin vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınmışdır.
Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini vurğulayıb. “Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9% artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar təşkil etmişdir”, - deyə Baş nazir bildirib.
Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.
2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.
Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaqdır.
“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu diqqətə çatdırılıb.
Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırdığı bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaqdır. O cümlədən Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu qeyd edilib.
Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış ediblər.
Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)







.jpg)



