815 mənzilin yenidən seçimi prosesi keçiriləcək - TARİX
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair əlavə məlumat verilib. Kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda bildirilir:
"Daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılmışdır.
İbtidai istintaqla müəyyən edilmişdir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün “Güzəştli mənzil” sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılmış, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılmışdır.
Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülmüş, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilmişdir.
“Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınmış, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında “Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım” sorğuları ünvanlanmış, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 20 saat sonra
-
-
9 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
13 d. əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 26 d. əvvəl
-
45 d. əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Ən çox oxunanlar
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb























