Polşa zlotısı dollar qarşısında rekord səviyyədə aşağı düşüb
1 dollar üçün beş zlotıdan çox ödəmək lazımdır. Zlotının dollara nisbətdə zəifləməsi EUD/USD cütlüyünün düşməsi ilə əlaqədardır, çünki Polşanın Avro zonası ilə güclü iqtisadi əlaqələri var. EUR/USD məzənnəsi nə qədər yüksək olarsa, USD/PLN məzənnəsi də bir o qədər aşağı olur.Polşa zlotısı (PLN) ABŞ dolları (USD) qarşısında tarixi minimuma düşüb.
Marja xəbər verir ki, bunu "Businessinsider.com.pl" portalının çərşənbə axşamı dərc etdiyi məlumatlar göstərir.
Tarixdə ilk dəfə 1 dollar üçün 5 zlotıdan çox pul ödəməlidir.
Avronun məzənnəsi 4,78 PLN-dir.
USD/PLN məzənnəsi 24 faiz bahalaşıb.
Analitiklərin fikrincə, zlotının dollara nisbətdə zəifləməsi Polşa ilə Avrozona arasında güclü iqtisadi əlaqələr səbəbindən avro/dollar (EUD/USD) cütlüyünün aşağı düşməsinin birbaşa nəticəsidir. Uzun illərdir ki, avro ABŞ dollarından daha güclü valyuta olub. Lakin son həftələr Ukrayna hadisələri və inflyasiyanın artması səbəbindən vəziyyət dəyişib. Avropada enerji böhranı, faizin gec və aşağı artırılması Avropa valyutasının dollar qarşısında zəifləməsinə səbəb olub.
Polşa ekspertləri qeyd edirlər ki, ABŞ-da enerji qiymətlərində o qədər də güclü artım yoxdur, onların iqtisadi artım və pul siyasəti baxımından Avrozonadan daha az problemi var, ona görə də inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini daha cəsarətlə qaldıra bilərlər.
Avroya münasibətdə "yaşıl" son 20 ilin ən güclü səviyyəsindədir və EUR/USD məzənnəsi paritetdən aşağı düşüb. Çərşənbə axşamı axşam bir avro cəmi 0,958 dollara başa gəlb.
2022-ci ilin mart ayından ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələrini 3 faiz bəndi artırıb və 14 ilin ən yüksək səviyyəsinə, 3-3,25% diapazonuna çatdırıb. Proqnozlara görə, gələn il ABŞ-da faiz 4,6 faiz səviyyəsinə, Avro zonasında isə 2-2,5%-ə çata bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 21 d. əvvəl
-
32 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)







.jpg)



