Batumidə kirayə evlər 3 dəfə bahalaşıb
Batumidə mənzil kirayəsinin qiyməti il ərzində üç dəfə artıb.
Marja xəbər verir ki, bunu "Mardi Holding" tikinti şirkətinin rəhbəri Natia Sirabidze müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda şəhərin mərkəzində bir və ya iki otaqlı mənzilin kirayəsi 600 dollara başa gəlir, baxmayaraq ki, 2021-ci ilin sentyabrında qiymətlər 200 dolları keçmirdi.
“Sentyabrda, bir qayda olaraq, kirayə qiymətləri azalsa da, bu il avqust ayı səviyyəsində qalıb. Ötən illə müqayisədə Batumidə kirayə mənzillərin qiyməti üç dəfə artıb”, - Sirabidze bildirib.
O, bazar vəziyyətini iki amillə izah edir: Rusiya Federasiyasından gələnlərin sayının artması, həmçinin pandemiya səbəbindən ötən il distant təhsil almış əcnəbi tələbələrin Batumiyə qayıtması.
Mənzillərin qiymətinə gəlincə, Sirabidzenin sözlərinə görə, qiymətlər ən azı 50% artıb. Keçən il ikinci zolaqda kvadrat metrin qiyməti 500-600 dollar idisə, indi 900 dollara qalxıb.
Qiymət artımına bir tərəfdən tələbat, digər tərəfdən isə tikinti materiallarının bahalaşması səbəb olub”, - Sirabidze bildirib.
Tbilisidə də mənzillərin kirayəsi və alışı qiymətləri artıb
"TBC Capital" tədqiqat təşkilatının məlumatına görə, Tbilisidə daşınmaz əmlakın kirayəsi və alışı bahalaşıb.
Təşkilatın məlumatına görə, 2022-ci ilin avqustunda kirayə haqqı keçən illə müqayisədə 79%, bu ilin iyul ayı ilə müqayisədə isə 8% artıb. 40 kv.m mənzilin kirayəsi üçün orta qiymət Tbilisidə 356 ABŞ dolları təşkil edib.
Avqustda 737 yeni tikilmiş mənzil satılıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 18%, iyul ayı ilə müqayisədə isə 39,6% çoxdur. Mənzilin alış qiymətləri də artıb - il ərzində 32,1%, ay ərzində isə 19%. Yeni tikililərdə kvadratmetrin orta qiyməti 1221 dollar olub.
Gürcüstanda daşınmaz əmlakın qiyməti artmaqda davam edəcəkmi?
Tikinti materiallarının qiymətlərinin sabitləşməsinə baxmayaraq, inşaatçılar hələ də ilin sonuna qədər əmlak qiymətlərinin artacağını proqnozlaşdırırlar.
"Arsi" tikinti şirkətinin baş direktoru Beso Ortoidzenin sözlərinə görə, qiymətlər ən azı 5% də artacaq:
"Şirkətlər tikintinin bahalaşmasını qiymətdə dərhal əks etdirə bilməyiblər - orta hesabla qiymətlər təxminən 10-15% artıb və bu, normal fəaliyyət üçün kifayət deyil. Tikinti şirkətlərinin gəlirliliyini bərpa etməsi üçün ilin sonuna kimi qiymətlər ən azı 5% artacaq”.
“Bu gün Tbilisinin heç bir rayonunda daşınmaz əmlakın orta qiyməti nə az, nə çox 650-700 dollardır. Əgər əvvəllər şəhərin kənarında 500 dollara 1 kvadrat metr almaq mümkün idisə, bu gün bu, artıq real deyil”, - deyə “Arsi” tikinti şirkətinin baş direktoru bildirib.
Onun sözlərinə görə, bahalaşmaya baxmayaraq, daşınmaz əmlaka tələbat yüksək olaraq qalır.
“Üçüncü rüb artıq başa çatıb və deyə bilərik ki, tələb il ərzində artıb. Avqustda da tələbat azalmayıb. Bir neçə amil tələbatın artmasına səbəb olub - xüsusən də gözləniləndən daha güclü olan COVID-dan sonrakı iqtisadi artım”, - Beso Ortoidze bildirib.*
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
14 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























