Bank 2022-nin 9 ayı üzrə maliyyə göstəricilərini açıqladı
"Bank Melli İran" Bakı filialı 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 1 milyon 357 min 220 manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 963 min 854 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında filialın xalis mənfəəti 393 min 366 manat və ya 40,8% artıb.
Xalis mənfəətin artması aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmanın olmaması, əksinə ehtiyatdan 315 min 77 manatın azad olması ilə əlaqədardır.
"Bank Melli İran" Bakı filialının faiz gəlirləri ötən ilin 9 ayında 2 milyon 586 min manat ikən, 2022-ci ilin 9 ayında 2 milyon 557 min manata düşüb. Haqq və komissiya gəlirləri isə 140 min manatdan 130 min manata geriləyib. Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər 55 min manatdan 230 min manata yüksəlib.
"Bank Melli İran" Bakı filialı 30 Sentyabr 2022-ci il tarixində 91 milyon 225 min 135 manat cəmi aktivlər, 9 milyon 810 min 209 manat kredit portfelinə, 25 milyon 548 min 671 manat qiymətli kağızalar portfelinə malik olub. Bankın qiymətli kağızlara investisiyaları 42,4% artıb. Müştərilərə verilmiş kreditlər cüzi azalıb.
30 Sentyabr 2022-ci il tarixində "Bank Melli İran" Bakı filialı 51 milyon 798 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 19 d. əvvəl
-
-
20 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
31 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
















.jpg)







