İyunda əkilən şitillərdən sentyabrın əvvəlindən məhsul yığımına başlanılıb
Saatlıda innovativ üsulla becərilən pomidor sahəsində payızlıq məhsul yığımı davam edir. Mövsüm başlayandan bəri iki hektar sahədən 80 tondan çox məhsul yığılıb.
Müasir üsulla becərilən sahə Saatlı rayonu Qaralar kəndi ərazisində yerləşir. İki hektarı əhatə edən payızlıq pomidor sahəsində 55 min şitil əkilib. Fermer Həbib Əhədov deyir ki, sahə innovativ üsulla, yəni damcı suvarma sistemi ilə becərilib. Bu suya qənaətlə bərabər, həm də bol məhsul əldə etməyə imkan verib.
Pomidor şitilləri ilə bərabər ərazidə 20 sot sahədə “Kapia” sortundan olan bibər əkilib-becərilib. Pomidor isə “Lajin” sortudur. Bu sortlar iqlim şəraitinə uyğunlaşması ilə bərabər, həm də məhsuldarlığı ilə seçilir. Həmçinin daha keyfiyyətli olduğu üçün alıcıların da çox müraciət etdiyi məhsul sayılır.
Çəkilən əziyyət bəhrəsini də verib. İyun ayında əkilən şitillərdən sentyabr ayının əvvəlindən məhsul yığımına başlanılıb. Ötən dövrdə 80 tondan çox pomidor, 10 ton bibər tədarük olunub.
Yığılan məhsul əsasən yerli bazarlara çıxarılır. Hazırda məhsul yığımı davam edir, növbəti günlərdə isə sahədən əlavə 20 ton məhsul tədarükü gözlənilir.
Sahə aqronomu Valeh Məmmədov bildirib ki, tərəvəz sahəsinin digər əlverişli cəhəti təkrar əkin olmasıdır: “Bu sahədə əvvəl arpa əkilmişdi. Biçindən sonra lazımi aqrotexniki qaydalara əməl olunmaqla şumlanaraq mala çəkildi və damlama sistemi qurularaq torpağa üç gün müddətində su verildi. Daha sonra şitillər sahələrə köçürüldü. Nəticədə isə bir mövsümdə iki dəfə əkin aparıldı. Həm bol məhsul, həm də əlavə qazanc əldə edildi. Bir sözlə, əlavə gəlir götürmək istəyən təkrar əkin aparmalıdır”.
Əkin sahələrinin mövcud olması kənddə, həmçinin əlavə iş yerlərinin açılmasına da şərait yaradıb. Belə ki, Qaralar kəndi ilə bərabər, qonşu kəndlərdən olan sakinlər də əkin sahələrində çalışma imkanı əldə ediblər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























