“Nar” rominq qiymətlərini daha sərfəli etdi
“Tətil” paketlərindən birini sifariş et, səyahətin dadını çıxar!
Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün “Nar” rominq qiymətlərini daha sərfəli etdi. Mobil operatorun təqdim etdiyi “Tətil” paketləri xüsusilə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir. Məsələn, Gürcüstana mütəmadi səyahət edən istifadəçlər rominqdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayəsində artıq Tbilisi və ya Batumidə də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duymurlar. Artıq Gürcüstana gedərkən, “Nar”-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. Təklif “Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Ukrayna, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir. “Nar” rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)





