Dövlət Vergi Xidmətinin rəisi Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Dünya Bankının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varela rəhbərlik edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüş zamanı DVX rəisi Orxan Nəzərli “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində 2018-ci ildən qurulmuş birgə əməkdaşlığın hazırda uğurla davam etdirildiyini, layihənin vergi inzibatçılığının cari vəziyyətinin qiymətləndirilməsində səmərəli olduğunu vurğulayıb. Bildirib ki, həyata keçirilən qiymətləndirmələr vergi inzibatçılığının keyfiyyət artımı üçün istifadə ediləcək.
Dünya Bankının nümayəndə heyətinin rəhbəri Raul Feliks Xunkera Varela layihə çərçivəsində işlərin davam etdiyini bildirib. Qeyd olunub ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım proqramının ilk iki mərhələsində əvvəlcə “Tax Diamond” platformasının “Vergi inzibatçılığının funksional qiymətləndirilməsi” modulu əsasında vergi inzibatçılığının 12 fəaliyyət istiqaməti, ikinci mərhələdə isə BPR (Business Process Reengineering) platformasının “Biznes proseslərinin qiymətləndirilməsi” modulu üzrə 5 fəaliyyət istiqaməti qiymətləndirilib. Əldə edilmiş nəticələr əsas götürülərək, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb. Hazırda yeni bir mərhələ olaraq İKT idarəçiliyinin qiymətləndirilməsi (Core ICT Governance Assessment) layihəsinin icrasına başlanılıb.
Orxan Nəzərli diqqətə çatdırıb ki, layihənin növbəti mərhələsi DVX rəhbərliyi tərəfindən diqqətlə izlənilir və qurumun informasiya texnologiyaları sahəsinin 14 meyar üzrə qiymətləndirilməsi prosesinə xüsusi önəm verilir. Qeyd olunub ki, məlumat bazalarının idarə edilməsi, təhlükəsizlik, kommunikasiya infrastrukturu, sistemlərin inteqrasiyası, proqram mühəndisliyi təcrübələri, proseslərin idarə olunması, məlumat və informasiya mübadiləsi prosesləri ilə bağlı qiymətləndirmənin nəticələrinə əsasən, təkmilləşdirilməsi nəzərdə tutulan iş prosesləri üzrə artıq müvafiq fəaliyyət planı hazırlanıb.
Raul Feliks Xunkera Varela bildirib ki, budəfəki səfərdə əsas məqsəd İT sahəsində icra edilən layihə çərçivəsində işlərin təqdim olunması, risk menecmenti sahəsində əməkdaşlığın qurulması ilə bağlı təkliflərin verilməsi və texniki yardım layihəsinin ümumi iş planının müzakirəsindən ibarətdir.
Görüşdə maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər geniş müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 35 d. əvvəl
-
- 43 d. əvvəl
-
49 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
