“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

(®) Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70% endirimlə istifadə etmə fürsəti verir.
İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7.70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.
Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.
“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı nar.az/fluentworlds və nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. “Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə 25.50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”-dan yükləmək mümkündür.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
53 d. əvvəl
“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib
-
58 d. əvvəl
"Yaxın gələcəkdə regionda nəqliyyat əlaqələri açılacaq, bu, mədənçıxarmada yeni imkanlar yaradacaq"
-
1 saat əvvəl
Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
-
1 saat əvvəl
"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradan məqam ola bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 4-də gözlənilən hava şəraiti

“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
Ən çox oxunanlar

Macarıstan Fransa şirkətindən qaz alacaq

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
