Avropa İttifaqı Azərbaycan - Ermənistan sərhədinə monitorinq missiyası göndərir
Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Azərbaycan - Ermənistan sərhədinə göndərəcək.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat brifinqində deyib.
O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nin XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”.
“Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Çox tez bir zamanda. Mən fəxr edirəm ki, biz qısa zamanda bu məsələ ilə bağlı necə işlədik. Bizim Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - Borrell bəyan edib.
XXX
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanda Aİ-nin monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.
Şarl Mişel bu barədə “Twitter“ hesabında paylaşım edib.
Ombudsman Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara münasibət bildirib
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad inşasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, - deyə o bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)





.jpg)






.jpg)





