Şahdağ, Oğuz, Qəbələ, Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb
Oktyabrın 19-na olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Qəbələdə 41.0 mm, Oğuzda 40.0 mm, Şəkidə 36.0 mm, Zaqatalada 23.0 mm, İsmayıllıda 21.0 mm, Qaxda 17.0 mm, Balakəndə 15.0 mm, Astarada 14.0 mm, Quba, Qusar, Mingəçevirdə 8.0 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6.0 mm, Sumqayıtda 2.0 mm, Maştağa, Binədə 1.0 mm-dək olub.
Şahdağ, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Oktyabrın 18-i saat 14:00-da yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsidən sel keçib.
Şimal-qərb küləyi Neftçalada 20 m/s, Şirvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























