“Baku Steel Company” Polşanın 4 aparıcı şirkətilə memorandum imzalayıb
“Baku Steel Company” Avropa bazarlarında fəaliyyətini genişləndirir. Memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa Biznes Forumu keçirilib.
20 oktyabr tarixində baş tutan forumun açılış mərasimində AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşa İnqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin şöbə rəisi Matsey Falkovski çıxış ediblər. Natiqlər Azərbaycan və Polşa arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildiriblər.
Daha sonra, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşanın Qdansk limanı administrasiyasının müştərilərlə iş üzrə meneceri Mixal Stupak və “Bank Gospodarstwa Krajowego” bankının eksperti Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
Forum çərçivəsində yalnız Azərbaycanın deyil, bütün Qafqaz Regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC ilə Polşanın metallurgiya sahəsinin 4 aparıcı şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bunlar “Zystal”LLC, “Warstal A.M. Sp.z.o.o” LLC, “Touye Group Sp.z.o.o” LLC və “Kostal M.M Koneccy Sp.J” GP şirkətləridir. Bu memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.
Daha sonra Biznes Forum ikitərəfli işgüzar danışıqlar formatında davam etdirilib.
Xatırladaq ki, “Baku Steel Company” hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqların da istehsalı həyata keçirilir. Yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
