“Unimetal”ın tikinti materiallarının satışı obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 29 ünvanında yerləşən “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə qərar qəbul olunub.
Nazirlikdən Marja-ya bildirilib ki, obyektdə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
- müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;
- obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;
- bina və qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına yol verilib;
- obyektin ərazisi, o cümlədən açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan və digər yanar materiallardan təmizlənməyib, yanar və digər tullantıların xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb daşınması təmin edilməyib və tullantıların ərazidə yandırılmasına yol verilib;
- satış sahələri aralarında olan yanğına qarşı ara məsafələri gözlənilməyib, satış məqsədi ilə malların yığılmasına yol verilib;
- yanğına qarşı su mənbələrinin, bina və tikililərin girişlərinin tez tapılması üçün ərazinin gecə vaxtı işıqlandırılması təmin edilməyib;
- obyektin ərazisində siqaret çəkilməsinin qadağan edilməsi barədə xəbərdaredici nişanlar quraşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 29 ünvanında yerləşən “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















