Bu gün FED faiz qərarını açıqlayacaq
Analitiklər ABŞ FED-in ardıcıl dördüncü dəfə uçot dərəcəsini artıracağını gözləyirlərİki günlük noyabr iclasında ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) ardıcıl dördüncü dəfə faiz dərəcəsini 0,75 baza bəndi artıraraq 3,75-4% aralığına çatdıracağı gözlənilir.
Marja xəbər verir ki, DailyFX portalının sorğusunda iştirak edən analitiklər belə hesab edirlər.
FED-in faiz qərarı çərşənbə günü, noyabrın 2-də, Bakı vaxtı ilə saat 22.00-da dərc olunacaq.
Dollar FED-in iclası başa çatmamış zəifləyir
Dolların əsas dünya valyutalarına nisbətdə məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin iclası başa çatmamış ucuzlaşır. Çərşənbə günü səhər saatlarında dolların digər əsas dünya valyutalarına nisbətdə dəyəri azalıb. İnvestorlar FED-in iclasının nəticələrinin açıqlanmasını gözləyirlər.
Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdakı 0,9874 dollardan 0,9889 dollara yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi 148,28 yendən 147,57 yena kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,23% azalaraq 111,22 bənd təşkil edib.
CME Group-un məlumatına görə, analitiklər 88%-i FED-in uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artaraq illik 3,75-4%-ə çatacağını gözləyir, qalanları isə 0,5 faiz bənd artım proqnozlaşdırırlar.
Ekspertlər FED-in bundan sonra hansı addımlar atacağı ilə bağlı da proqnoz verirlər. Analitiklərin 48%-i FED-in dekabrda uçot dərəcəsini 4,25-4,5% civarına, 47%-i isə 4,5-4,75% aralığına yüksəldəcəyini nəzərdə tuturlar.
İnvestorlar tənzimləyicinin bu ilin sonu və gələn il üçün gələcək siyasəti ilə bağlı daha çox ipucu əldə etmək üçün 22:30-da başlayacaq mətbuat konfransında Fed sədri Jerome Powell-in çıxışını izləyəcəklər.
GÜNÜN DİGƏR MÜHÜM MƏLUMATLARI
Bakı vaxtı ilə saat 12.55-də Almaniya Federal Məşğulluq Agentliyi ölkədəki işsizliklə bağlı məlumatları dərc edəcək. Analitiklər oktyabrda bu rəqəmin sentyabr və avqust aylarında 5,5% səviyyəsində qalacağını gözləyirlər.
Bakı vaxtı ilə saat 13.00-da "S&P Global" 19 Avrozona ölkəsinin sənaye istehsalı sahəsində istehsal fəaliyyətinin PMI indeksinin yekun qiymətləndirməsini dərc edəcək. Analitiklər, indeksin sentyabrda 48,4-dən oktyabrda 46,6-ya düşəcəyini gözləyirlər ki, bu da son iki il dörd ayın ən aşağı səviyyəsidir.
Bakı vaxtı ilə saat 16.15-də Automatic Data Processing (ADP) analitik şirkəti oktyabr ayı üçün ABŞ-ın özəl şirkətlərində iş yerlərinin sayında dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. Sentyabrda 208 min artımdan sonra göstəricinin 195 min artacağı gözlənilir.
Bakı vaxtı ilə saat 18.30-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası oktyabrın 28-də başa çatan həftə üçün ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, bu rəqəm 0,27 milyon barel artaraq 440,2 milyon barelə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 50 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib























