bp mühüm biznes xidmətləri üzrə işi yerli şirkətə verildi

bp Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC) və Şahdəniz layihələrinin operatoru kimi bu gün qaz turbinləri qurğularında istismar və texniki xidmətlərin göstərilməsi üzrə yeddi illik bir müqaviləni yerli şirkət olan Glensola (Global Energy Solutions LLC) verdiyini elan edib.
bp-nin yaydığı məlumatda bildirilir ki, bu, bp-nin regiondakı əməliyyatlarında biznes xidmətləri üzrə daha bir mühüm sahənin yerli şirkətə tapşırılması deməkdir. Həmçinin bp-nin qlobal təchizat zəncirində də ilk dəfədir ki, bir qayda olaraq, həmin avadanlığın istehsalçısının özü tərəfindən təmin olunan xidmət işləri yerli xidmət şirkətinə həvalə olunur.
Məlumatda qeyd edilib ki, bu yüksək dəyərli müqavilə rəqabət əsaslı, geniş əhatəli və mürəkkəb bir tender prosesi nəticəsində bağlanılıb.
Müqavilənin iş həcminə qaz turbinləri qurğularına texniki xidmət, qurğuların idarə edilməsi, güc turbinlərinin, mühərriklərin və dəyişən cərəyan generatorlarının əsaslı təmiri, ehtiyat hissələrinin idarə edilməsi və digər əlaqədar xidmətlər daxildir.
Bu müqavilə çərçivəsində göstəriləcək xidmətlər Azərbaycanda bp-nin əməliyyatçısı olduğu bütün dəniz və qurudakı obyektləri, o cümlədən Səngəçal terminalını əhatə edir. Müqavilənin əhatə dairəsinə gələcək Azəri Mərkəzi Şərqi (ACE) platforması üzrə xidmətlər də daxildir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda təchizat üzrə baş meneceri Hikmət Qayıbov: “Biz tarixən beynəlxalq təchizatçılar tərəfindən idarə olunmuş bu mühüm biznes xidmətləri sahəsi üzrə Glensol şirkəti ilə müqavilə bağlamaqdan məmnunuq.
“Bu müqavilənin imzalanması bir daha onu göstərir ki, biz Azərbaycanda yerli resursları inkişaf etdirmək və regionda bp-nin əməliyyatçısı olduğu layihələrdə bu resursların rolunu artırmaq öhdəliyimizə sadiqik. Bu il Azərbaycanda fəaliyyətimizin 30 illiyini qeyd edirik və bu müddət ərzində ölkədə yerli resurslardan istifadə sahəsində əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq. Cari ilin ilk üç rübü ərzində bizim operator olaraq ümumi üçüncü tərəf xərclərimizin 60%-i ölkə daxilində xərclənib. Biz həmçinin yüzlərlə yerli şirkət üçün öz imkanlarını genişləndirmək və neft və qaz layihələrinin xidmət və təchizat sahəsində iştirak etmək imkanı yaradan iri sosial investisiya proqramımız vasitəsilə yerli biznesin inkişafına sərmayə qoymağa davam edirik.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda texniki xidmət və etibarlılıq sahəsi üzrə meneceri İlqar Həsənov: “Qaz turbinlərinə texniki xidmət biznes fəaliyyətimizin mühüm sahələrindən biridir və obyektlərimizin uzunmüddətli təhlükəsiz, etibarlı və bütöv şəkildə istismarı üçün zəruridir. Bu mühüm iş həcminin yerli şirkətə etibar olunması böyük nailiyyətdir. Ümid edirik ki, belə bir məsuliyyətli sahədə bizə göstərilən yüksək xidmət səviyyəsi davamlı olacaq.”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
