AccessBank-ın Riteyl Bankirlər Məktəbinə qəbul davam edir

(®) AccessBank-ın növbəti “Retail Bankers School” layihəsinə (Riteyl Bankirlər Məktəbi) qəbul davam edir. Layihə iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən ali məktəblərin yeni məzunları üçün nəzərdə tutulub.
3 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq. Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar.
Layihəyə qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir:
“Retail Bankers School”-un (Riteyl Bankirlər Məktəbi) layihəsinin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir.
Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
