2022-ci ildə Rusiya avtomobil bazarının kəskin kiçiləcəyi proqnozlaşdırılır
Avtomobil dilerləri: Rusiya avtomobil bazarı 2022-ci ildə qıtlıq səbəbindən 50-70% azala bilər.Rusiya avtomobil bazarı qıtlıq fonunda bu il 50-70% azala bilər.
Marja xəbər verir ki, bunu RİA Novosti-yə müsahibə verən dilerlər bildiriblər.
"Yeni avtomobillərin olmaması səbəbindən avtomobil dilerlərinin satış həcmi ilin sonunadək 50-70% azala bilər", - AvtoSpetsTsentr-in mətbuat xidməti bildirir.
“Bu il satışın ötən illə müqayisədə 58-65% azalaraq 600 min avtomobilə düşəcəyi gözlənilir”, - "Avtodom"un mətbuat xidmətindən bildiriblər.
"Avilon" şirkətinin yeni avtomobillərin satışı üzrə baş direktor müavini Aleksey Starikovun sözlərinə görə, Rusiya avtomobil bazarının nə qədər geriləyəcəyini dəqiq proqnozlaşdırmaq çətindir: "Bununla belə, mövcud vəziyyətə əsasən, ilin sonuna qədər avtomobil qıtlığının və satışların azalmasının davam edəcəyi göz qabağındadır".
Rusiya Avtomobil Dilerləri Assosiasiyası 2022-ci ildə Rusiyada yeni avtomobillər bazarının 2,5 dəfə azalacağını gözləyir.
2021-ci ildə Rusiyada 1,67 milyon ədəd minik avtomobili və yüngül kommersiya avtomobili satılıb (2020-ci illə müqayisədə 4,3% çox). Bu ilin 10 ayı ərzində satış 502,5 min avtomobil təşkil edib (keçən ilin müvafiq dövrü ilə müqayisədə 60,8% az).
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















