Avro daha da bahalaşa bilər
Ötən həftə ABŞ-da inflyasiya göstəriciləri gözləntilərin altında qaldıqdan sonra dollar indeksində və istiqraz gəlirlərində sürətli geriləmə müşahidə olunub.
EUR/USD son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bu gün dollar indikatoru 107-nin altında qərarlaşarkən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi də 4%-in altına düşüb. Təhlillərə səasən dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, EUR/USD məzənnəsi 1.05 hədlərinə kimi bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq əmək bazarı, saat 14:00-da Avrozonada dərc olunacaq ÜDM, həmçinin 17:30-da Amerikadan gələcək İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi gödtəricilər investorların diqqət mərkəzində olacaq.
Ucuzlaşan dollar fonunda qızıl 1770$-ın üzərinə yüksəlib. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri, 1773$ həddinin üzərində möhkəmlənə bilsə, 1790$-a kimi bahalaşa bilər.
“OPEC”-in noyabr ayı üzrə aylıq “Neft Bazarı Hesabatı”na əsasən 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlar sutkada 0.1 milyon barel azaldılaraq 2.5 milyon barelə endirilib. “OPEC” həmçinin 2023-cü il üçün olan neftə tələbat artımı proqnozunu da sutkada 0.1 milyon barel azaldaraq 2.2 milyon barelə endirib. Nəticədə Beynəlxalq enerji birjalarında neftin qiymətləri yenidən 94$-a kimi ucuzlaşıb. Hazırda 93.84$-dan təklif olunan “Brent” markalı neftin bir barel üzrə qiyməti 91.60$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 22 d. əvvəl
- 28 d. əvvəl
-
31 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 38 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)








.jpg)









