Gürcüstan Milli Bankı ölkədə ilk rəqəmsal banka lisenziya verdi
Bu gün Gürcüstanın bank sisteminə yeni, 15-ci oyunçu əlavə olunub. “Paysera Georgia”nın xidmətlərindən filial və xidmət mərkəzləri olmadan məsafədən istifadə etmək mümkün olacaq.Gürcüstan Milli Bankı ölkədə ilk rəqəmsal bank olacaq "Paysera Georgia"ya lisenziya verib.
Marja xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının mətbuat xidməti məlumat yayıb.
“Milli Bank rəqəmsal bankın lisenziyalaşdırılması prinsiplərini nəzərə alaraq “Paysera Georgia ” ASC-yə bank lisenziyası verib”, - məlumatda deyilir.
Qeyd edilib ki, Litvanın "Paysera" bankının nümayəndəliyi kimi fəaliyyət göstərəcək "Paysera Georgia" ölkədə ilk rəqəmsal bank olacaq.
“Paysera Georgia"nın xidmətlərindən filial və xidmət mərkəzləri olmadan uzaqdan istifadə etmək mümkün olacaq”, - Milli Bank qeyd edir.
Qeyd edilib ki, bankın tam işləməsi və minimum kapitalın tədricən artırılması üçün müəyyən vaxt ayrılıb. Lisenziya alındıqdan sonrakı 4 ay ərzində bank test rejimində fəaliyyət göstərəcək.
Bankın baş direktoru vəzifəsinə Gürcüstanın keçmiş iqtisadiyyat naziri Dmitri Kumsişvili təyin edilib.
"Peysera Georgia" hüquqi şəxs kimi 1 mart 2022-ci ildə təsis edilib.
"Peysera Georgia" kapitalla bağlı rəqəmsal banklar üçün xüsusi üstünlükdən faydalanır. Belə ki, Gürcüstanda adi bank lisenziyası almaq üçün 50 milyon lari kapital tələb olunarsa, rəqəmsal bank bu məbləğin 10%-i ilə, yəni 5 milyon lari ilə fəaliyyətə başlaya bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















