Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
EUR.
Ötən həftə ABŞ-da açıqlanan zəif iqtisadi göstəricilər, eləcə də İngiltərədə artımla açıqlanan inflyasiya rəqəmləri fonunda dollar üzərində təzyiqlər artmaqda davam edir. Lakin Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bənd həddinin üzərinə yüksəlsə, dollar dünya birjalarında yenidən güclənə bilər. Əks təqdirdə isə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu həftə Avropa Mərkəzi Bankının, eləcə də, FED-in son toplantısının protokollarının dərci, həmçinin Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
GBP.
Ötən həftə İngiltərədə artımla açıqlanan inflyasiya göstəricilərindən sonra İngiltərə Mərkəzi Bankının sərt monetar siyasətinin davam etdiriləcəyi ehtimallarının daha da artması GBPUSD cütlüyünün kəskin bahalaşmasına səbəb oldu.
GBPUSD cütlüyündə qiymətlər 1.2000 hədləri üzərində möhkəmlənə bilsə, funt-sterling dollar qarşısında 1.22$-a kimi bahalaşa bilər. Əgər 1.2000 müqaviməti qırılmasa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
TRY.
Son 2 ayda üfüqi tendensiya sərgiləyən USDTRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər. Bu həftənin 4-cü günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, USDTRY cütlüyündə üfüqi tendensiya artım tendensiyası ilə əvəzlənə bilər.
GOLD.
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1750$ həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi bahalaşa bilər. Qiymət 1750$ səviyyəsinin altında qala bilsə, qızıl yenidən ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb






.jpg)






.jpg)





