Dövlət Neft Fondu üçün bədbin proqnoz
Fondun gəlirlərinin kəskin azalması ehtimalı yaranır."Azərbaycan Respublikası Dövlət Neft Fondunun əsas gəlir mənbələrindən olan Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın əvvəlki illərin tendensiyasına uyğun olaraq azalma ilə proqnozlaşdırılması və gələcək dövrlərdə də bu tendensiyanın davam etməsi neftin qiymət dəyişkənliyi şəraitində Fondun ehtiyatlarının azalması ehtimalını artıra bilər".
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Rəydə qeyd edilib ki, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. Fond tərəfindən təqdim edilən məlumata əsasən 2023-cü ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcminin 129,6 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2022-ci ilin göstəricisinə (153,1 mln. barel) nisbətən 23,5 mln. barel azdır.
HƏMÇİNİN OXU: Dövlət Neft Fondunun 2023-cü il büdcəsində böyük məbləğdə kəsir nəzərdə tutulur
“Azəri-Çıraq-Günəşli yatağı üzrə son illərin proqnoz göstəricilərinin müqayisəsi nəticəsində 2015-ci ilin hasilat proqnozu ilə 2023-cü ilin hasilat proqnozu arasında təqribən 102,0 mln. barel və ya 44,0% azalma müşahidə edilmişdir. Təqdim edilmiş proqnoz göstəricilərinə əsasən azalma tendensiyasının növbəti illərdə də davam etməsi gözlənilir ki, ortamüddətli proqnozda neftin qiymətinin 2023-cü ilin göstəricisi ilə sabit götürülməsi halında bu mənbə üzrə Fondun gəlirlərinin kəskin azalması ehtimalı yaranır.
Son illərdə neftin qiymətində müşahidə edilən volatillik, yataqlar üzrə hasilatın azalması, habelə OPEC+ çərçivəsində hasilatın azaldılması öhdəliyi ilə bağlı risklərin olması, eyni zamanda xarici maliyyə bazarlarında olan dalğalanmalar və volatillik səbəbindən Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərin proqnozlaşdırılan səviyyədə olmama ehtimalı ölkə üçün strateji valyuta ehtiyatı sayılan Fondun aktivlərinin sonda azalması ehtimalını artırır”,- Rəydə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
2 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























