Marketinq mütəxəssisləri Qubaya toplaşır
15 iyul tarixində ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Marketinq mütəxəssisləri tanınmış iş adamları, gənc sahibkarlardan ibarət qrup Qubada təşkil ediləcək Marketinq düşərgəsinə toplaşacaq.
Tədbirin məqsədi bu sahədə çalışan gənc və təcrübəli mütəxəssisləri, həmçinin yerli sahibkarları bir araya gətirməklə təcrübə mübadiləsi etməkdir, regionlarda fəaliyyət göstərən ev təsərrüfatlarına dəstək olmaqdır.
“Ənənəvi təlim-seminar formatından kənara çıxaraq Marketinq sahəsində fəaliyyət göstərən mütəxəssislərimizi regiona toplamağa qərar verdik. Bu tədbir bizə bir birimizi tanımağa, fərqli sahələrdə çalışmağımıza baxmayaraq ortaq fikirlərimizi bölüşməyə, təcrübə mübadiləsi etməyə imkan verməklə yanaşı eyni zamanda tam bir gün asudə vaxtımızı birgə səmərəli keçirməyə və dinləməyə şərait yaradacaq. Eyni zamanda regionlarda olan ev təsərrüfatlarını ziyarət edərək, yerində biznesin təşkili ilə tanış ola biləcəyik, onların təcrübəsini öyrənib öz tövsiyyələrimizi onlarla bölüşəcəyik. İnanıram ki, bu təşəbbüsümüz ənənə halını alaraq yerli mütəxəssislərin marağına səbəb olacaq və hər il müxtəlif regionlarda təşkil ediləcəkdir”- deyə “CampAct” kempinq klubunun təsisçisi, gənc sahibkar Əli Bədəlov qeyd edib.
Qeyd edək ki, Marketinq düşərgəsində 30-a yaxın Marketinq mütəxəssisinin iştirakı gözlənilir. “Marketing Camp Azerbaijan 2017” tədbiri AzMarketinq şirkətinin və CampAct kempinq klubunun birgə təşkilatı dəstəyi ilə bu il ilk dəfə olaraq ölkəmizdə təşkil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
14 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir













.jpg)



