Rusiya OPEC-in yeni müqaviləsinə qarşı çıxacaq - 4 Rusiya rəsmisi
Rusiya hökumətinin 4 rəsmisinin verdiyi məlumata görə, Rusiya, hazırkı OPEC müqaviləsinə sadiq qalmaq istəyir, amma neft istehsalçılarından ibarət qrupun bu ay keçirəcək nazirlər toplantısında, hasilatın azaldılmasını "dərinləşdirməyə" dair hər hansı bir təklifə qarşı çıxacaq.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, hazırkı müqavilənin müddətinin uzadılmasının ardınca təklifdə tez zamanda baş verəcək başqa bir azalma, neft bazarına səhv mesajlar verə bilər. Həmçinin, belə bir hərəkət, OPEC, Rusiya və digər neft istehsalçısı ölkələrin razılaşmasının qiymətləri kifayət qədər dəstəkləmədiyi barədə narahat olduqları təsəvvürünü yarada bilər. Dörd mənbə də adını verməmək şərtilə məlumat veriblər.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Rusiya, İyulun 24-də Sankt-Peterburqda OPEC nazirləri və üzv olmayan bəzi ölkələrlə toplantı keçirməyi planlaşdırır. Bu iclasda qlobal hədsiz hasilatın qarşısına keçmək məsələsində qət edilən mərhələ müzakirə olunacaq. ABŞ-da artan neft istehsalının yenidən canlanmasına bağlı olaraq hasilatın azaldılmasının uğuru barədə şübhələr artıb.
Rusiyanın neft istehsalçıları, qiymətləri dəstəkləmək adına istehsalı könüllü olaraq gündəlik təxminən 300,000 barel azaldıb. İstehsalın məhdudlaşdırılması 2018-in ilk rübünün sonuna qədər davam edəcək.
Başqa bir mənbə, Rusiya hökumətinin bir qisminin, hasilatın daha çox azaldılmasının və müqavilənin uzadılmasına qarşı çıxdığını bildirib. Onlar müqavilə başa çatdıqdan sonra volatilliyin daha çox artıracağını bildiririrər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























