"Veysəloğlu" Şirkətlər Qrupu və "OBA"dan örnək addım
(®) Bu günlərdə “Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin ərsəyə gətirdiyi filmin təqdimatı keçirilib. Film 44 günlük Vətən müharibəsində arxa cəbhədə çalışan şəxslərə həsr olunub.
Təqdimat mərasimində İctimai Birlik tərəfindən bir neçə quruma plaketlər verilib.
Təltifnamələr içində ən diqqətçəkən “Veysəloğlu” Şirkətlər Qrupuna verilən plaket olub. Məlum olub ki, "Veysəloğlu" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun qərarı ilə şirkətdə çalışmış və şəhid olmuş əməkdaşların maaşları bu gün də ailələrinə ödənilir.
İctimai Birliyin sədri Emin Tarverdiyev bildirib ki, şəhid ailələrinin haqqını heç bir halda ödəmək mümkün deyil, lakin 20 000-dən çox əməkdaşı olan bir şirkətin bütün şəhid əməkdaşlarının maaşını ödəməsi çox qürurverici və təqdirəlayiq addımdır.
Tədbirdə həmçinin, "Oba Market" MMC rəhbəri Natəvan İbrahimovaya şirkətin şəhid olan 4 əməkdaşı - Qara Nəsirov, Süleyman Bağırov, Tural Aslanov, Ümman Əmiraslanovun adlarına filiallar həsr edilməsinə və İctimai Birliyə verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı






.jpg)
.jpg)








.jpg)






