"Rusiya iqtisadi müharibədə Qərbi məğlub edir"
"19FortyFive"ın köşə yazarı Robert Farli yazır ki, Rusiya iqtisadi müharibədə Qərbi məğlub edir və bu, düşməni dəhşətə gətirir.
Materialda qeyd edilir ki, Moskva ABŞ və müttəfiqlərinin ona qarşı başlatdığı maliyyə kampaniyasını məhv etməyi bacarıb.
"Rusiya enerji resurslarını bəzi istehlakçılara (hətta Avropada) təmin etməyə davam etdi və yenilərini tapdı və qiymət artımı ixracın azalmasını qismən kompensasiya edə bildi", - Farli qeyd edir.
Jurnalist vurğulayıb ki, heç bir anti-Rusiya sanksiyaları rublun məzənnəsini sarsıtmayıb, inflyasiyaya gəldikdə isə, xüsusi əməliyyat başlayandan bəri xeyli azalıb.
"Rubl çökməyib. Həqiqətən də, əksər xarici valyutalar qarşısında möhkəm olaraq qalır. Eyni zamanda, Rusiyada inflyasiya bəzi Qərb ölkələrindən xeyli aşağıdır", - Farli yekunlaşdırıb.
Qərb ölkələri, Ukraynaya hücum etdikdən sonra Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb. Sanksiyalar Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Vladimir Putin Rusiyanı zəiflətmək siyasətini Qərb ölkələrinin uzunmüddətli strategiyası adlandırıb. Onun sözlərinə görə, sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Putin qeyd edib ki, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























