11 ayda 65 minə yaxın ipoteka müqaviləsi qeydiyyat alınıb
Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, qeydiyyat prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, aparılan təbliğat və maarifləndirmə işləri daşınmaz əmlakın qeydiyyatı sahəsində göstəricilərin yüksək olmasına səbəb olub.
Ötən illərlə müqayisədə bu sahədə ən yüksək göstərici isə bu ilin yanvar-noyabr aylarında qeydə alınıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 332.343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27.305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9% artıb.
11 aylıq göstəricinin 77.733-ü (23,4%) ilkin, 254.610-u (76,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 45.033-ü fərdi yaşayış və bağ evi, 84.273-ü mənzil, 192.156-sı torpaq sahəsi, 3.231-i qeyri-yaşayış binası, 6.857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artıb
Qeyd edilib ki, Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 36.835 olub.
Cari ilin yanvar-noyabr aylarında 65 minə yaxın ipoteka müqaviləsi qeydiyyat alınıb
Bu ilin 11 ayı ərzində 262.647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artım deməkdir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64.963 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























