ABŞ iqtisadiyyatı ilə bağlı məlumatların açıqlanmasından əvvəl dollar ucuzlaşır
Ticarət məlumatlarına görə, cümə axşamı səhər dollar digər əsas dünya valyutalarına nisbətdə ucuzlaşır. İnvestorlar ABŞ-dan vacib statistik məlumatların dərcini gözləyirlər.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 9.35-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışda olan 1.0603 dollardan 1.0645 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb). Dolların yen qarşısında məzənnəsi 132,47 yendən 131,91 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,27% azalaraq 103,89 bənd təşkil edib.
Cümə axşamı, üçüncü rüb üçün ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) dinamikasının yekun, üçüncü qiymətləndirməsi dərc olunacaq. Ekspertlər hesab edirlər ki, artım təxmini illik müqayisədə 2,9% səviyyəsində saxlanılacaq.
Həmçinin investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz ilə bağlı mümkün gələcək hərəkətlərini qiymətləndirməyə davam edirlər. Dekabrın əvvəlində tənzimləyici uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdıraraq, növbəti artımların məqsədəuyğunluğunu qeyd edib.
Dünya mərkəzi bankları yüksək inflyasiya səbəbindən əsas faiz dərəcələrini artırır və bu da öz növbəsində mümkün tənəzzül risklərini artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























