Avropanın iri bankı neft qiymətlərilə bağlı proqnozlarını pisləşdirdi
Dünya bazarında "WTI" markalı neftin qiyməti 40 dollar/barelə və ya daha aşağı enərsə, o zaman ABŞ-da aktiv neft quyularının sayında artım prosesi dayana bilər.
Belə bir proqnoz "Deutsche Bank"ın analitikləri tərəfindən verilib.
Analitiklər bu ehtimalı onunla izah edirlər ki, neftə tələbat sabit qalmaqda davam edəcək, lakin OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı növbəti dəfə uzatmayacaq. Bu səbəbdən hazırda neftin qiyməti elə bir səviyyəyə enmək istəyir ki, bu səviyyədə ABŞ-da aktiv neft quyularının sayı artmasın.
Məhz ötən həftə "WTI" markalı neftin qiymətinin 42 dollar/barelə enməsi ilə bərabər ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik artımdan sonra 2 ədəd azalma göstərib. Bu da onu göstərir ki, neft bazarında önəmli hadisələr baş verməsə, neftin qiyməti 40-50 dollar/barel diapazonunda dəyişəcək. Qiymət artımı isə dünya neft hasilatında hər hansı bir problemlə mümkün ola bilər. Azalma isə Liviya, Nigeriya və ABŞ-da neft hasilatının artması, həmçinin OPEC anlaşmasının bitməsi nəticəsində baş tuta bilər.
"Deutsche Bank" həmçinin neftin qiyməti üçün verdiyi proqnozları aşağı salıb. Belə ki, "Brent" markalı neft üzrə 2018-ci il üçün 63 dollar/barel olan orta qiymət proqnozu 54 dollar/barelə, 2019-cu il üçün 65 dollar/barel olan proqnoz 56 dollar/barelə, uzunmüddətli perspektiv üçün isə 65 dollar/barel olan proqnoz 60 dollar/barelə endirilib.
© Report, Forexpf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























