"Qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq"
"Gec-tez qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq".
Bunu "Bank of America Merrill Lynch" bankının Rusiya üzrə baş iqtisadçısı Vladimir Osakovski "Lenta.ru" portalına müsahibəsində bildirib.
"Tarixə nəzər salsaq görərik ki, qlobal iqtisadiyyatda funt sterlinqin dominantlığı olub. Lakin onu sıradan çıxardılar. Böyük ehtimalla, bu, dollarla da baş verəcək. Düşünürəm ki, təbii yolla qlobal iqtisadiyyatda ABŞ-ın payının azaldılması dolların dominantlığına son qoya bilər. Bu, faciə olarmı? İnanmıram. Lakin nə vaxtsa bunun şahidi olacağıq", - deyə V.Osakovski qeyd edib.
ABŞ-da ciddi borc böhranının yaranma ehtimalına toxunan bankir bunu deyib. "ABŞ-ın 16-18 trln. dollarlıq borcu var. Yaponiyada bu göstərici 2 dəfə çoxdur. Lakin Yaponiya ABŞ qədər yada düşmür".
İyulun 4-də Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və Çinin İnkişaf Bankı kapitalı 68 mlrd. yuan (10 mlrd. dollar) olan Rusiya-Çin Əməkdaşlıq Fondunun yaradılması haqqında razılığa gəlib. Yeni yaradılan fond hər iki ölkənin milli valyutasında birbaşa investisiyaların cəlbinə nail olmağı qarşısına məqsəd qoyub.
2016-cı ilin dekabr ayından isə Türkiyə Moskvaya dollardan imtina etməyi və qarşılıqlı ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını təklif edib.
Onu da qeyd edək ki, Rusiya və Vyetnam ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını müzakirə edir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




