Xalçaçılıq və iplik fabriklərinin təməli qazılıb
Dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər, havalandırma, yanğınsöndürmə avadanlıqları, polimer məhsullar, Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğular... Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullar rayonda aparılan tikinti-quruculuq işlərində istifadə olunacaq.
Müxbirimiz Ağdam Sənaye Parkına gedərək, burada görülən işlərlə tanış olub.
Ağdam Sənaye Parkının ümumi ərazisi 190 hektardır. Artıq sosial zonanın təşkili istiqamətində işlər yekunlaşıb. Burada yataqxana, yeməkxana, anbar, market, çamaşırxana, tibb məntəqəsi, ödəniş məntəqəsi, bankomat, idman meydançasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb. Sosial zonanın işıqlandırılmasında Günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkı sürətli internetlə də təmin olunub.
Parkda 2 ədəd 400 kV-luq, 1 ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA 110/35/6 elektrik yarımstansiyasının özül çalasının torpaq işləri başa çatıb, dəmir beton özülün hazırlıq işləri görülür. Tikinti aparılan sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb.
Sahə mühəndisi Səxavət Zeynallı bildirib ki, Sənaye Parkında hazırda inzibati binanın, 4 ədəd su anbarının, nasosxananın tikintisi həyata keçirilir. İnzibati binanın bir bloku iki, digər bloku isə dördmərtəbəli olacaq. Hazırda binanın təməlində dəmir-beton işləri başa çatdırılıb, əks-dolğu işləri aparılır.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. İndiyədək 12 sahibkarlıq subyektinə rezident statusu verilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Xazin Hidayətov bildirib ki, artıq rezidentlərin bir çoxu tikinti işlərinə başlayıb. Belə ki, “Metkons” MMC havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatların, “Dadaş-N” MMC müxtəlif çeşiddə xalçaların, “Veliev” MMC prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start veriblər. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.
Müxtəlif çeşiddə xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 3 hektar ərazidə iki fabrik inşa edəcək. MMC-nin nümayəndəsi Ərəstun Hüseynov bildirib ki, artıq xalçaçılıq və iplik fabriklərinin təməli qazılıb. İşçilər üçün yataqxana binasının təməli isə qazılmaqdadır.
Ağdam Sənaye Parkında üç şirkətə qeyri-rezidenetlik statusu verilib. Onlardan “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlayıb. “Yüksəl Beton” QSC-nin Ağdam Sənaye Parkındakı direktoru Məhəmməd Çilin sözlərinə görə, zavod saatda 120 kub beton istehsal etmək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılacaq. Müəssisə Ağdam Sənaye zonasındakı və Ağdam şəhərindəki tikintiləri betonla təmin edir.
Ümumilikdə Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
36 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
53 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















