İdman yarışlarından əldə edilmiş mükafatlara verilən güzəştlər artırılacaq
2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.
Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, ötən dövr ərzində beynəlxalq, ölkələrarası, habelə ölkədaxili idman yarışları ilə bağlı pul şəklində verilən mükafatların dəyərinin kifayət qədər artdığını və qeyd edilən güzəşt məbləğlərinin uzun müddətdən bəri dəyişmədiyini nəzərə alsaq, hazırkı dövrdə bu məbləğlərin artırılmasına zərurət yaranıb.
"Qeyd etmək lazımdır ki, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini idmanın inkişafı və gənclərin zərərli vərdişlərdən uzaq olmaqla sağlam ruhda müxtəlif istiqamətlərdə Vətənə xidmət etməsi təşkil edir. Bütün bunlara əsasən, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə növbəti ildən etibarən idman yarışları ilə bağlı müvafiq güzəştlərin verilməsini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
35 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
36 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
57 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)










.jpg)








