Azərbaycan məhsullarının ABŞ-a ixracına dair razılaşma
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı ABŞ-ın Nyu York şəhərində yerləşən “Euphoria INC” şirkəti ilə əməkdaşlığa başlayıb.Azexport.az portalı ABŞ-ın Nyu York şəhərində yerləşən “Euphoria INC” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu haqda portalın rəhbəri Ayxan Qədəşov ABŞ-a səfəri çərçivəsində “Euphoria INC” şirkətinin prezidenti Lera Itz ilə görüşdə razılıq əldə edib.
A. Qədəşov görüşdə Azexport portalının imkanları və nəaliyyətləri barədə məlumat verib. Portalda qeydiyyatda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib. Daha sonra şirkətin məhsul anbarı ilə tanış olub.
A.Qədəşov görüşdən sonra bildirib ki Azərbaycanın yerli istehsal məhsullarının Amerika bazarlarında öz yerini daha da möhkəmləndirməsi üçün bütün imkanlar mövcuddur:
“Müşahidələrim onu göstərir ki, məhsullarımız qablaşdırma və keyfiyyət baxımdan bazarda olan məhsullarla rəqabət aparma imkanına malikdir. Hazırda mövcud geosiyasi vəziyyəti də nəzərə alsaq Azərbaycan mallarının kiçik uyğunlaşdırmalar aparmaqla bazara daxil olması üçün geniş imkanlar mövcuddur. Bu gün baş tutan görüş də hər iki tərəf üçün çox məhsuldar keçdi. Görüşün nəticəsi olaraq ilkin mərhələdə çay, qənnadı məhsulları, alkoqolsuz içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar və kosmetik vasitələrin birgə əməkdaşlığ çərçivəsində ABŞ-a ixracına dair işlərin başlanmasına dair razılığa gəldik.”
Qeyd edək ki, “Euphoria INC” şirkəti 15 ildən artıqdır ki, ABŞ-ın 10-dan artıq ştatında təmsil olunur. Şirkət dünyanın 15-dən artıq ölkəsindən qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri, balıq məhsulları, çay və şəxsi gigiyena məhsullarının ABŞ-a idxalı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)







