“Sirab”ın nə Vasif Talıbova, nə də “Gəmiqaya”ya zərrə qədər də aidiyyatı yoxdur” - AÇIQLAMA
Namiq Novruzov: Babək “Sirab” ASC səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyətdir və istehsal etdiyi “Sirab” sularının satışı da Cəmiyyətin satış kollektivi tərəfindən həyata keçirilir.“Son günlər bəzi saytlarda "SİRAB"ın guya Vasif Talıbova məxsus olması və “SİRAB” sularının satışının da V.Talıbovun “Gəmiqaya” şirkəti tərəfindən həyata keçirildiyinə dair yayılan fikirlərin heç bir əsası yoxdur və cəfəngiyyatdan başqa bir şey deyil”.
Babək “Sirab” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bunları Babək "SİRAB" ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov mövzu ilə əlaqədar verdiyi açıqlamasında deyib.
"SİRAB" haqqında ortaya atılan bu kimi reallıqdan uzaq ittihamların mediada yer almasından təəssüfləndiyini bildirən N.Novruzov qeyd edib ki, zaman-zaman qərəzli şəkildə “SİRAB” haqqında bu səpgili yazılar və məlumatlar yayılsa da, həmin xəbərlərin gerçəyi əks etdirmədiyi tez bir zamanda üzə çıxıb, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyulub: “Lakin, qeyd etdiyim kimi, bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir”.
Babək “Sirab” ASC-nin səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyət olduğunu və istehsal etdiyi “Sirab” sularının satışının da Cəmiyyətin özünün satış kollektivi tərəfindən həyata keçirildiyini vurğulayan İH sədri, 1950-ci illərdən sənaye məqsədilə istifadəsinə başlanılan və 1968-ci ildə Azərbaycanın ən Böyük mineral sudoldurma zavodu olaraq istifadəyə verilən “SİRAB”ın Sovet İttifaqının dağılmasından sonra fəaliyyətini tamamilə dayandırdığını, baxımsızlıqdan istifadəyə yararsız vəziyyətə düşdüyünü xatırladıb:
“Lakin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda sahibkarlığa göstərdiyi qayğı sayəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi, növbəti illərdə dövlətin ayırdığı güzəştli kreditlərin və təsisçilərin öz hesabına şirkət daha da inkişaf etdi. Səhmdarların və “SİRAB” kollektivinin 20 illik əzmkar və yorulmaz fəaliyyəti sayəsində “SİRAB” bu gün ölkənin milli su brendi, Azərbaycanımızın nümunəvi və xalqın dəstəyini qazanmış sahibkarlıq subyektidir. “SİRAB” çoxsaylı Naxçıvan sakininin əmək haqqı qazandığı bir ünvandır. Bir çox ölkəyə ixrac həyata keçirən “SİRAB” bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcək, Azərbaycanın adını ölkə hüdudlarından kənarlarda da ləyaqətlə təmsil edəcəkdir”.
N.Novruzov, media mənsublarını “SİRAB” haqqında hər hansı məlumat yayarkən diqqətli olmağa, ölkənin öndə gedən markalarından biri haqda bu cür ağır, iftira xarakterli xəbərlərin yayılmasına rəvac verməməyə çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
4 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
4 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 5 saat əvvəl
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















