Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna 30,000 manat ianə edib
İanə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilən vəsait hesabına olunub.
(®) Veysəloğlu Şirkətlər Qrupunun, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə ənənəvi olaraq, “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi keçirilib.
Zəfər Gününə həsr edilən sərgidə ictimai xadimlər, xalq rəssamları, əməkdar rəssamlar, sənətşünaslar, qəhrəmanlara və onların ailələrinə maddi və mənəvi dəstək olmaq istəyən insanlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədrinin birinci müavini Səlhab Məmmədov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.
Sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunub. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə edilib, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilib.
Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
