Asiyanın ən zəif valyutasının daha da ucuzlaşacağı proqnozlaşdırılır
Hindistanın ən böyük özəl bankı olan Axis Bank-dan verilən məlumata görə, 2022-ci ildə Asiyada ən pis nəticə göstərən valyuta olan Hindistan rupisi gələn il də ucuzlaşmaqda davam edəcək.
Marja-nın məlumatına görə, Axis Bank-ın meneceri Neeraj Qambhir Bloomberg TV-yə bildirib ki, "Gələn maliyyə ilində nəzərəçarpacaq dərəcədə daha böyük cari əməliyyatlar balansı kəsiri rupini təzyiq altında qoyacaqdır".
Fed-in aqressiv monetar sərtləşdirməsi (faiz artırması) dolları gücləndirdiyi və Hindistanın xarici maliyyə vəziyyətini pisləşdirdiyi üçün rupi keçən il 10%-dən çox ucuzlaşıb.
Qambhirin sözlərinə görə, Hindistanın Ehtiyat Bankı (RBI ) valyuta ehtiyatlarını artırmaq üçün pul axınını öz resurslarına köçürə, bu da rupiyaya mənfi təsir göstərə bilər.
Qambhir deyib: “RBI son bir ildə valyutanın ucuzlaşmasına nəzarət etmək üçün xeyli miqdarda ehtiyatdan istifadə edib. Daxili bazarlarda əks likvidlik axını olarsa, bundan ehtiyatların bərpası üçün istifadə olunacaq".
Digər tərəfdən ekspert qeyd edib ki, o,rupinin kəskin ucuzlaşacağını gözləmir və aprelin 1-dən başlayacaq maliyyə ilində 2-3 faiz dəyər itkisi gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























