"Şadlıq saraylarında təmizləyici qurğulardan istifadə vəziyyəti qənaətbəxş deyil"
Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən, monitorinq aparılmış 79 şadlıq sarayı və ictimai iaşə obyektindən 34-də ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilib."Şadlıq saraylarında təmizləyici qurğulardan istifadə vəziyyəti qənaətbəxş deyil".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib:
"Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşı obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib".
Xİdmət rəisi vurğulayıb ki, qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilmiş və xəbərdarlıq məktubları göndərilib.
Qeyd olunub ki, 2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilib. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilib. Qeyd olunan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1 maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olunub..
Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 45 şadlıq sarayı, ictimai iaşə və ailəvi istirahət mərkəzlərindən 5 şadlıq sarayıda atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib.
Gəncə şəhərində 18, Naftalan şəhəri, Goranboy və Samux rayonlarının ərazilərində 5, Göygöl rayonu ərazisində 6 ictimai iaşə və şadlıq sarayında qaz-toztutucu qurğuların olduğu müəyyən edilib. Sözügedən obyektlərdə qurğuların işlək və saz vəziyyətdə saxlanılması üçün mütamadi olaraq filtirlərin təmizlənməsi işləri həyata keçirilir.
Qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























