Doktorant və tələbələrin təqaüdləri artırıldı
Akademik göstəriciləri 91–100 bal olan tələbələrə 175 manat, akademik göstəriciləri 71–100 bal olan tələbələrə 145 manat, akademik göstəriciləri 51–100 bal olan tələbələrə 100 manat təqüd ödəniləcək.Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdləri də artırılıb.
Marja xəbər verir ki, yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.
Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
1. Doktorantura pilləsi üzrə:
-elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
magistratura səviyyəsi üzrə akademik göstəriciləri
-91–100 bal olan tələbələr üçün – 195 manata,
-71–100 bal olan tələbələr üçün – 160 manata,
-51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri
-91–100 bal olan tələbələr üçün – 175 manata,
-71–100 bal olan tələbələr üçün – 145 manata,
-51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
3. Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
-91–100 bal olan tələbələr üçün – 100 manata,
-71–100 bal olan tələbələr üçün – 80 manata,
-51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
4. Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.
XXX
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Marja.az xəbərverir ki, Sərəncamda deyilir:
1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:
1.1. Doktorantura pilləsi üzrə:
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;
1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.
1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
1.2.1. magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
1.2.2. bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.
1.3. Orta ixtisas təhsili müəssisələrində:
1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;
1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;
1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.
1.4. Peşə təhsili müəssisələrində:
1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;
1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;
1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.
2. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; 2021, № 11, maddə 1232, № 12, maddə 1470) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin ikinci abzasında “360” rəqəmləri “400 (dörd yüz)” sözləri ilə, üçüncü abzasında “216” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci bəndin dördüncü abzasında “174” rəqəmləri “195 (yüz doxsan beş)” sözləri ilə, beşinci abzasında “144” rəqəmləri “160 (yüz altmış)” sözləri ilə, altıncı abzasında “96” rəqəmləri “110 (yüz on)” sözləri ilə, səkkizinci abzasında “156” rəqəmləri “175 (yüz yetmiş beş)” sözləri ilə, doqquzuncu abzasında “132” rəqəmləri “145 (yüz qırx beş)” sözləri ilə, onuncu abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;
2.3. 1.3-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin;
2.4. 1.4-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 3 d. əvvəl
-
-
41 d. əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
44 d. əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 55 d. əvvəl
-
57 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ və İran təxminən 4 ay davam edən müharibəni başa çatdırmaq üçün razılaşıblar
- 2 saat əvvəl
-
12 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Ən çox oxunanlar
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
























