Azərbaycanda mebelçilərin assosiasiyası yaradılır
Assosiasiyaya sədrlik "Embawood"a veriləcək.
Mebel sənayesinin davamlı inkişafını təşkil etmək üçün Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiya yaradılır.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən "Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi" mövzusunda tədbirdə bildirib. O bildirib ki, bu sahənin gələcək inkişafına təsir edəcək bir assosiasya qurulur: "Hazırda assosiasiyanın hüquqi qeydiyyatı ilə bağlı tədbirlər həyata keçirilir. Assosiasiyaya sədrlik "Embawood"a veriləcək."
Nazir müavini Türkiyə Mebel Sənayeçiləri Assosiasiyası ilə gələcəkdə anlaşma memorandumunun imzalanacağını da qeyd edib.
O bildirib ki, mebelin ixrac potensialının yaradılması həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir: "Mebel bazarı rəqabətli bazardır. Bu sahənin inkişafı üçün ciddi səylər göstərilir. Müstəqillik dövrümüzdə iqtisadiyyatın təşkil olunması, bazar iqtisadiyyatının formalaşması üçün ciddi işlər görülüb. Digər sahələr olduğu kimi, mebel sahəsi də bazar iqtsadiyyatı şəraitində fəaliyyət göstərir."
O qeyd edib ki, mebel sənayeçilərinin səyi, əlverişli biznes mühiti nəticəsində mebel istehsalının həcmi ilbəil artır: "Düşünürük ki, bu tendensiya davamlıdır, çünki Azərbaycanda bu sahədə ixtisaslaşan müəssisələr formalaşıb. Deməli, bu sahə də özünü iqtisadi fəaliyyət sahəsi kimi təsdiq edib. Həmçinin Azərbaycanda mebel sənayesi üçün dəstək mexanizmləri var."
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























