Xaçmazda ekzotik quşlar təsərrüfatı - "Böyüklərini 300-350 manata satmışam"
Qafqaz qırqovulu, tovuzquşu, yapon toyuqları, kəklik, tutuquşu, linda, xalmaqor qazları... Bunlar hansısa zooparkda saxlanılan ekzotik quşların siyahısı deyil. Bu quşları Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev öz təsərrüfatında bəsləyir.
İxtisasca mühəndis olan 70 yaşlı Ömər Hacıbalayev 10 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quşları saxlayır. Bir vaxtlar Baykal-Amur magistralının tikintisində belə işləmiş təcrübəli mütəxəssis uşaqlıqdan quşlara, heyvanlara xüsusi diqqətlə yanaşıb. On yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb. Bir vaxtların hobbisi indi onun əsas məşğuliyyətidir.
Ömər Hacıbalayevin fermasındakı quşların sayı 100-ə yaxındır. Təsərrüfatında ümumilikdə 25 növ ekzotik quş var.
“Əvvəllər bu quşları yalnız maraq üçün saxlayırdım. İndi bu məşğuliyyətdən gəlir əldə edirəm. Ən bahalısı tovuzquşlarıdır. Böyüklərini 300-350 manata, balalarını isə 100-150 manata satmışam. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir. Qırqovulları alıcılara 25 manata təklif edirəm. Ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır. Heyratı, brahma toyuqların yumurtalarını istəyənlər də çoxdur”, - deyə təsərrüfatçı söyləyir.
Ömər Hacıbalayev ekzotik quşların bəslənilməsinin çətin olmadığını bildirir. Amma bu quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.
“Bəzi quşları ətinə görə saxlayıram. Xalmaqor qazlarına bizim yerli qazlarla eyni yem verirəm. Yerli qazlar 3-3,5 kiloqram, xalmaqor qazları isə 8-9 kiloqram ət verir. Quşlardan başqa, heyvandarlıq təsərrüfatım da var. Orada da yerli heyvanlarla yanaşı, xarici ölkədən gətirilən qoyun və keçilər saxlayıram. Əsas dolanışığım təsərrüfatdan çıxır”, - deyə o bildirib.
Ömər Hacıbalayev təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.
© Azərtac
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın dövlət borcunnun 2 ildə 3,2 milyard manat artacğı gözlənilir
-
-
8 d. əvvəl
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
-
52 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
2 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
Ən çox oxunanlar
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək













.jpg)








