“PAŞA Bank” Azərbaycan xalçaçılıq sənətinin təbliğ edilməsinə töhfə verir
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” mədəni irsimizin qorunmasına və təbliğatına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Belə ki, Bank, “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub. Yanvar ayının 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adı altında başlayan sərgidə bu kolleksiyanın nümayişi baş tutub.
“Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış bu müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.
Tədbirdə iştirak edən “PAŞA Bank”ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bu təşəbbüsün önəmindən danışarkən vurğulayıb:
“Biz, sosial məsuliyyətli korporativ vətəndaş olaraq mədəni irsimizin qorunması və bərpası məsələsinə həssaslıqla yanaşırıq. Milli mənsubiyyətimizi müəyyənləşdirən mədəni irsimizin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması bizim üçün böyükmiyyət daşıyır. Qarabağ xalçaçılıq məktəbindən ilhamlanaraq müasir xalça nümunələrinin hazırlanmasında bizim də qatqımızın olması çox qürurvericidir”.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
20 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























