Kənd Təsərrüfatı Nazirliyi millət vəkilinin iddialarından sonra məlumat yaydı
Kənd Təsərrüfatı Nazirliyi millət vəkili Emin Hacıyevin "yarmarkalarda kəndlilərin iştirakından söhbət gedə bilməz" iddialarına reaksiya verib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki,2022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
"2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb. Yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.
Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
“Kənddən şəhərə” yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.
Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.s) təmin olunurlar".- Nazirliyin məlumatında detilir.
Xatırladaq ki, Milli Məclisin Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev bildirib.
"Özüm dəfələrlə bu yarmarkalarda olmuşam. Ortalıqda vasitəçilər var, onlar da yarmarkaları idarə edərək qiymətlərə təsir edirlər. Bununla bağlı nazirlik hər hansı iş görməyi planlaşdırırmı?”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 9 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)






