"Unicapital"dan bazarların həftəlik analizi
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracında tələb təklifi 3.3 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 50 milyon AZN olmuşdur. Hərrac 7.54% orta ölçülmüş və 7.92% kəsmə gəlirliliklə nəticələnmişdir.
Bu həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçiriləcək. İstiqrazın faiz dərəcəsi 7.00%-dir (bundan öncə 5.00% idi). Ötən ay 3 illik istiqrazların hərracında orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.82% və 10.00% olmuşdu.
Rəsmi məlumata əsasən qeyd edirik ki, AR Maliyyə Nazirliyi 2023-cü ildə 2 milyard AZN qısamüddətli, 3 milyard AZN ortamüddətli və 500 milyon AZN uzunmüddətli olmaqla cəmi 5.5 milyard AZN istiqraz emissiya etməyi planlaşdırıb.
AR Mərkəzi Bankının notlarının gəlirliliklərində artım müşahidə edilir. 84 günlük notlarda gəlirlilik 7.69%-dən 7.95%- ə, 168 günlük notlarda 8.22%-dən 8.57%-ə, 252 günlük notlarda isə 8.94%-dən 9.29%-ə artmışdır.
Ötən həftə Azərbaycanda ÜDM məlumatı açıqlanmışdır. 2022-ci ilin sonuna illik ÜDM artımı 4.6% olmuş, ÜDM həcmi isə 2021-ci il ilə müqayisədə 40.6 milyard AZN artaraq 133.8 milyard AZN və ya 78.7 milyard USD olmuşdur.
Bu həftə, 1 fevral tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqlayacaq. Mərkəzi Bankın məlumatına görə, qərar əsasən illik inflyasiyanın dinamikasından və yenilənmiş proqnozlardan asılı olaraq veriləcək. Xatırladaq ki, Azərbaycanda 2022-ci ilin sonuna illik inflyasiya 13.9% olmuşdur.
Xarici bazar
Ötən həftə ABŞ-da ÜDM artım məlumatı açıqlandı. ÜDM artımı analitiklərin gözləntilərindən (2.6%) yüksək, 2.9% açıqlandı. Bu informasiya fonunda böhran gözləntiləri azalmış, ABŞ səhm bazarında pozitiv dəyişikliklər qeydə alınmışdı.
1 fevral tarixində FED faiz qərarını açıqlayacaq. İnflyasiyanın hələ də yüksək olaraq qalması fonunda bir çox analitiklər faizlərin 0.25% artırılaraq 4.25%-4.50% aralığından 4.50%-4.75% aralığına çatacağını proqnoz edirlər.
3 fevral tarixində ABŞ-da həmçinin məşğulluq göstəriciləri olan işsizlik dərəcəsi və qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərində dəyişiklik məlumatları açıqlanacaq.
2 fevral tarixində Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Bloomberg analitikləri faizlərin 0.50% artırılaraq 2.50%-dən 3.00%-ə dəyişdiriləcəyini proqnoz ediblər. Dekabr ayında Avrozonada inflyasiya azalaraq 10.1%-dən 9.2%-ə düşmüşdü. 1 fevralda isə yanvar ayı üçün inflyasiya proqnozu açıqlanacaq. İnflyasiyanın 9.2%- dən 9.0%-ə düşəcəyi gözlənilir.
3 fevral tarixində Türkiyədə inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın 64.27%-dən 53.80%-ə düşəcəyi gözlənilir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















