Apple-ın mənfəətinin azalacağı gözlənilir
Bazar dəyərinə görə dünyanın ən qiymətli şirkəti olan Apple Inc, Çində COVID ilə bağlı iPhone istehsalında gecikmələr və texnologiya sənayesinin yavaşlaması fonunda 2023-cü maliyyə ilinin birinci rübündə mənfəətin azaldığını açıqlaya bilər.
Marja xəbər verir ki, Visible Alpha-nın hesablamalarına görə, texnologiya nəhəngi yəqin ki, xalis mənfəətinin 10% azalaraq 31,3 milyard dollara və ya bir səhm üçün 1,96 dollara düşdüyünü açıqlayacaq. Gəlir, ehtimal ki, 1,4% azalaraq 122,2 milyard dollar olub.
Apple, fevralın 2-də bazarlar bağlandıqdan sonra birinci rübün nəticələrini açıqlayacaq.
Apple-ın iPhone Pro məhsullarını istehsal edən əsas Çin müəssisəsi oktyabr ayında çətinliklər ilə üzləşmişdir. Ehtimal ki, bu çətinliklər bəzi iPhone modellərinin istehsalının ilin sonuna qədər yavaşlamasına səbəb olub. Qlobal smartfon bazarının böyüməsi yavaşlasa da, iPhone-lar hələ də Apple-ın xalis satışlarının əksəriyyətini təşkil edir.
Eyni zamanda, texnologiya sənayesi yüksək inflyasiya və zəif iqtisadiyyat fonunda xərclərin artması ilə qarşı qarşıyadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
16 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
























