Bu gün FED faiz dərəcələri ilə bağlı qərar verəcək - İqtisadçıların gözləntiləri
ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank, FED) bu gün açıqlayacağı pul siyasəti qərarları ərəfəsində investorların ehtiyatlı münasibətilə əlaqədar olaraq dünən qlobal bazarlar mənfi zonada idi.Bu gün ABŞ Federal Ehtiyat Sistemi (mərkəzi bank, FED) Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, bu gün FED-in faiz dərəcəsini 0,25 faiz bənd artıraraq 4,75%-4,50% aralığına çatdıracağı gözlənilir. İclasdan sonra FED-in yayacağı məlumatdakı mesajlar və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq mətbuat konfransında FED sədri Jerome Powellin verəcəyi açıqlamalar böyük əhəmiyyət kəsb edir.
Bazarlarda FED-in faiz artırmağı harada dayandıracağına dair qeyri-müəyyənliyin aktiv qiymətlərinə təsirini davam etdirdiyinə diqqət çəkən iqtisadçılar, bugünkü iclasla bu məsələyə aydınlıq gətiriləcəyini bildirirlər.
Fed üzvlərinin son mesajları və bazar qiymətləri göstərir ki, bank siyasət faizini 0,25 faiz bəndi artıra bilər. Ölkə iqtisadiyyatı 2022-ci ilin 4-cü rübündə 2,9 faiz ilə gözləniləndən çox artıb, 2022-ci ilin dekabr ayında yeni ev satışları aylıq 2,3 faiz artaraq 616 minə çatıb ki, bu da dörd ayın ən yüksək səviyyəsidir.
Ölkədə fərdi istehlak xərclərinin artımı illik müqayisədə 2,1 faizə qədər geriləsə də, inflyasiyanın aşağı meylinin sürətlənəcəyi ilə bağlı gözləntilər güclənib.
FED pul siyasətinin sərtləşdirilməsində bir az daha mülayim olacaq, faizini 0,25 faiz bəndi artıracaq.
İqtisadçılara görə, artıq iqtisadiyyat "soyuyub", faiz dərəcələrinin pik nöqtəsi uzaqda deyil. Fed ötən il faizini 4,25 faiz bəndi artırıb.
İnflyasiyanın aşağı düşməsi Fed-in faiz artırması tempini dekabrdakı 0,50 faiz bəndindən fevralda 0,25 faiz bəndinə endirməsi ehtimalını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















