Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
(®) ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobile vasitəsilə də etmək olar. Vəsaitlər Azərbaycanda elan edilmiş “Səninləyəm, Türkiyə” aksiyası çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür.
Bu məqsədlə ABB mobile tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə yardım göstərə bilərlər. ABB mobile istifadəçisi olmayanlar isə bu imkandan yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər.
Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də köçürmək mümkündür. ABB mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.
Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)





