“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarına abunə yazılışı davam edir
Ötən il rekord mənfəət əldə etmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin istiqrazlarına “PAŞA Kapital” vasitəsilə abunə yazılışı davam edir.
(®) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən 100 min ədəd ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edən istiqrazlara abunə yazılışı 28 fevral 2023-cü il tarixində bitəcəkdir.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 100 milyon ABŞ dolları, tədavül müddəti 5 il, illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazları məhdudiyyət olmadan həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Belə ki, şirkət, ötən il mənfəət üzrə rekord göstəricilərə nail olub.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edərək abunə yazılmalıdırlar.
ASCO istiqrazlarını PAŞA Kapital vasitəsilə qeyd edilən addımları icra edərək əldə edə bilərsiniz:
- pashacapital.az saytına daxil olaraq tələb olunan müraciət formasında lazımi məlumatları qeyd etmək;
- Vasitəçilik (brokerage) hesabının açılması ilə bağlı anketi doldurmaq;
- Müvafiq sənədlərlə tanış olduqdan sonra investisiya xidmətlərinin göstərilməsinə dair müqaviləni onlayn (ASAN İmza) yaxud PAŞA Kapitalın ofisinə yaxınlaşaraq imzalamaq;
- Seçilən istiqraz sayına əsasən ödənişi edərək sifarişi rəsmiləşdirmək.
Ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: 1548
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
6 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
7 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
9 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
9 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
